Küçələri zəbt edib, maşınları cızmaqla hədələyənlər - VİDEO

Küçələri zəbt edib, maşınları cızmaqla hədələyənlər - VİDEO
Video
Video 246

İndi Bakıda hər tin başı bir nəfər əlində jezl və ya ona bənzər bir əşya ilə parkinqə nəzarət edir. Maşınların giriş-çıxışına köməklik edirmiş kimi sürücünün həndəvərində fırlanan bu şəxslər gördükləri “iş” qarşılığında pul tələb edirlər.

Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

Sürücü: “Hər dəfə pul vermirəm, olanda verirəm. Amma bilirəm ki, onlara pul verilməməlidir”.

Sürücü: “Çox vaxt verirəm. Verməyəndə eləsi olur ki, deyir, maşınını cızacam”.

Məsələdən Bakı Nəqliyyat Agentliyi xəbərdardır. Qurum sürücülərə xəbərdarlıq edir ki, o şəxslərin fəaliyyəti qanunsuzdur.

Mais Ağayev - BNA mətbuat xidmətinin rəhbəri: “Şəhərimizdə küçə parklanmasına görə tariflər hələ ki, Nazirlər Kabineti tərəfindən təsdiqlənməyib. Ona görə də küçə parkinqi ilə bağlı bütün dayanacaqlar pulsuzdur və şəhərin bir çox yerinə bununla bağlı məlumatlar yerləşdirilib”.

Qurum rəsmisi deyir ki, agentlikdə küçə parklanması ilə bağlı mexanizm hazırlanıb və hökumətə təqdim edilib. Qalır Nazirlər kabinetinin qərarını gözləmək.

Mais Ağayev - BNA mətbuat xidmətinin rəhbəri: “Nazirlər Kabinetinə təhvil verilən mexanizmdə ərazilərin müəyyənləşdirilməsi, tariflər, tariflərin zonalara görə, vaxta görə müəyyənləşdirilməsi və s. məsələlər öz əksini tapıb. Yəni küçə parklanması ilə bağlı nə nəzərdə tutulubsa, təhlil olunub, dünya təcrübəsi öyrənilib”.

İndiki vəziyyətdə isə həmin şəxslərə pul ödənməsi yenə də qalır sürücülərin öhdəsinə.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər