Klinikanın qurbanına çevrilən sakinlər - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Nərimanov rayonu Yəhya Bakuvi küçəsində illər əvvəl klinika inşa edilərkən tikinti gedən ərazidə üç ailənin yaşadığı bina olub.
Klinika sahibi mənzilin sakinlərini köçürüb tikintiyə sonra başlamaq yerinə, evə bitişik ərazidə bina tikmək qərarına gəlib.
Şikayətçi Aybəniz Əliyevanın sözlərinə görə, bir il əvvəl klinika nümayəndələri ilə mənzilin satışı haqda danışıldı, razılığa gəlindi. Lakin bu dəfə də verilən sözlər tutulmadı.
Qeyd edək ki, dəfələrlə Fövqəladə Hallar Nazirliyi tərəfindən ərazidə olan nöqsanların dərhal aradan qaldırılması ilə bağlı rəy bildirilsə də, məsələ illərdir həllini tapmır. Nə klinika ərazini alaraq sakinləri oradan köçürür, nə də bu məsələyə bir çarə tapılır.
BAKU.TV niyəsini xəstəxana nümayəndələrindən soruşmağa çalışsa da, suala cavab ala bilməyib.
Tikinti üzrə ekspert Faiq Süleymanov isə bildirdi ki, qanuna əsasən yaşayış mənzilləri ilə tikiləcək tibb müəssisəsi arasında azı 60 faizə qədər məsafə saxlanılmalıdır.
Ətraflı videonu təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...