Həkim səhlənkarlığı, yoxsa xəstə məsuliyyətsizliyi? - VİDEO

Həkim səhlənkarlığı, yoxsa xəstə məsuliyyətsizliyi? - VİDEO
Video
Video 441

Əməliyyatdan sonra qolu iflic olan sakin həkimdən şikayətçidir.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, xəstə həkimi səhlənkarlıqda ittiham edir.

Sumqayıt sakini Bəxtiyar Hüseynov həkim səhlənkarlığından şikayət edir.

O, 2018-ci ildə qol sümüyündə ağrılar olduğu üçün Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasında çalışan travmotoloq-cərrah Fuad Ağayevə müraciət edib.

Xəstəni müayinə edən həkim əməliyyat olunmalı olduğunu deyib.

Əsas problem də bundan sonra yaranıb. Bəxtiyar Hüseynov iddia edir ki, həkimin dediyi kimi sağalamayıb, əksinə iflic olub.

“Sağalmaq üçün getdim qolumu itirdim. 26-aydır ki, bu vəziyyətdəyəm.

İş görə bilmirəm. Mənım ayağımdan sümük yondu və yenidən əməliyyat etdi.

Sonra gördüm sağalmır və yenidən həkimə müraciət etdim, həkim də ikinci dəfə əməliyyat etdi” - deyə Bəxtiyar Hüseynov bildirib.

Əməliyyatdan 26 ay keçməyinə baxmayaraq xəstə iflic vəziyyətdə qalıb.

Şikayətçinin sözlərinə görə, əməliyyatı aparan həkim onun şikayətlərinə önəm verməyib:

“Həkimə dedim ki, mən iflic olmuşam. Dedi ki, get şikayət et. İndi mən bir həkim səhvinə görə belə qalmalıyam?”.

Bəxtiyar Hüseynovu əməliyyat edən travmotoloq, cərrah Fuad Ağayev isə ittihamları əsassız hesab edir.

Həkim xəstənin bu vəziyyətə gəlməyini səhlənkarlıqda görür.

“Xəstənin şikayətləri əsassızdır. Əməliyyat olunanda deyilmişdi ki, sümüklərin bitişməsi üçün gözləmək lazımdır. Xəstə səhlənkarlıq edib, ona görə də bu vəziyyətə gəlib”, - deyə həkim Fuad Ağayev bildirib.

Qeyd edək ki, Bəxtiyar Hüseynov artıq məsələ ilə bağlı Səhiyyə Nazirliyinə də müraciət edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər