Daha bir xəstə həkim səhvinin qurbanı olub - VİDEO

Daha bir xəstə həkim səhvinin qurbanı olub - VİDEO
Video
Sosial 4545
 

Daha bir xəstə səhv əməliyyat olunduğunu iddia edir. Əməliyyatdan sonra xəstənin ayağı daha da pisləşib.

BAKU.WS Xəzər TV-yə istinadən bildirir ki, damar genişlənməsi şikayəti ilə xəstəxanaya gedib, ancaq səhv əməliyyat ucbatından aylardır şəfa tapa bilmir.

Hadisə 53 yaşlı Şölə Quliyevanın başına gəlib. O, uzun illər varikoz kimi tanınan damar genişlənməsindən əziyyət çəkib və ötən ilin noyabr ayında Xüsusiləşdirilmiş Angioloji Mərkəzdə ayağını əməliyyat etdirib. Düz 2 ay xəstəxanada yatdıqdan sonra evə göndərilib.

Yenə həkimə müraciət edib. Bu dəfə də yarada qalan bint və ya sap çıxarılıb. Amma xəstənin ayağı sağalmaq əvəzinə hər gün daha da pisləşib. Məcburən Şölə Quliyeva müayinə üçün başqa özəl bir xəstəxanaya müraciət edib. Həmin xəstəxanadan əməliyyatın səhv edildiyi bildirilib.

Xəstəni Angioloji Mərkəzdə həkim Azər Şəmsəddinski əməliyyat edib. İddia ilə bağlı suallarımızı Azər Şəmsəddinskiyə ünvanlamaq istədik, amma cəhdlərimiz boşa çıxdı. Çünki onun telefonuna zəng çatmadı.

Angioloji Mərkəzin şöbə müdiri Vəli Nəsibov isə əməliyyatın səhv olduğunu eşidəndə təəccübləndi və mərkəzin indiki baş həkimi ilə əlaqə saxlamağımızı söylədi.

Gəldik, amma bizi xəstəxanaya buraxmadılar və baş həkim Yunis Eyyubovun bizi yalnız iş saatında qəbul edə biləcəyi deyildi. Biz isə xəstaxanaya çatanda saat 15:56 idi. Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə də müraciət etdik. Nazirlikdən deyildi ki, xəstə Səhiyyə Nazirliyinə rəsmi müraciət etməlidir və komissiya tərəfindən araşdırma aparılmalıdır. 

BAKU.WS

Son xəbərlər