Xəstənin sağlam ayağını kəsən cərrah: "Səhvsiz adam olmur"
Səhiyyə Nazirliyi Xüsusiləşdirilmiş Angioloji Mərkəzində xəstənin ayağının yanlışlıqla kəsilməsi hadisəsi barədə müvafiq qərar verib.
Qərara əsasən, Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin direktoru Azər Şəmsəddinski və həkim-cərrah Valeh Kərimov işdən kənarlaşdırılıblar.
Milli.Az bildirir ki, Nazirliyin qərarı ilə bağlı modern.az-a danışan V.Kərimov səhvsiz insanın olmadığını deyib:
"Mənim işim davam edir. Hələ ki araşdırma gedir, sonrasına da Allah kərimdir. Əgər səmimi danışsaq, həyatda səhvsiz insan olmur.
Mən rəhmətlik Fərman Salmanovla birgə işləmişəm. O vaxt quyular qazıldı, neft çıxmadı, amma axırıncı quyudan neft çıxdı. Həyatdır, sınaq meydanıdır, hər şey ola bilər".
Həkim: "Mən sağlam ayaq kəsməmişəm, fakt hər iki ayaq xəstə olub", - deyərək bir daha özünə haqq qazandırmağa çalışıb.
Xatırladaq ki, iyunun 24-də Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində vətəndaş Məmmədova Tərlan Həsən qızı üzərində cərrahiyyə əməliyyatı aparılıb.
Əməliyyatı zamanı mərkəzin həkim-cərrah Valeh Kərimov xəstənin sol aşağı əvəzinə, kobud səhv edərək sağ aşağını amputasiya edib. Əməliyyatdan sonra həkim mexaniki olaraq səhv etdiyini açıqlayıb.
BAKU.WS
Oxşar xəbərlər
Xəstənin ayağını səhv kəsən həkim və klinikanın direktoru işdən azad olundu
Bu gün Səhiyyə Nazirliyinin Kollegiya iclasında Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində ötən ayın 26-da vətəndaş Məmmədova Tərlan Həsən qızı...