Bakıda həkim səhlənkarlığı: Xəstə şikəst oldu, ailə 40 min manat ziyana düşdü – VİDEO
Bakı sakini Fatma Cəfərova 2017-ci ilin yanvarında ayağında ağrılar hiss etdiyi üçün "Medika Hospital”a müraciət edib.
BAKU.WS yenicag.az-a istinadla xəbər verir ki, 65 yaşlı xəstəni müayinə edən cərrah-travmatoloq Emin Kazım Fatma Cəfərovanın yalnız əməliyyat yolu ilə sağalacağını bildirib.
Yaşlı qadının ailəsindən 7 min manat əməliyyat pulu alan həkim Fatma xanımın 3 günə ayağa qalxacağını deyib. Lakin əməliyyatdan sonra xəstənin vəziyyəti daha da pisləşib. Buna isə əməliyyat zamanı xəstənin ayaq sinirlərinin kəsilməsi və ayağına qoyulan implantın çürüməsi səbəb olub. Daha sonra vəziyyəti ağırlaşan Fatma Cəfərova Türkiyəyə aparılıb. Ümumilikdə, "Medika Hospital”ın həkimi Emin Kazımın səhlənkarlığı xəstənin ailəsinə 40 min manata başa gəlib. Qadın 6 aydır ki, yatağa məhkum olub və türkiyəli həkimlər tərəfindən müalicəsi davam etdirilir.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda 3 uşaq anası əməliyyat masasında öldü - Həkim: "Olur da belə şeylər'' - FOTO
Bu gün Bakının tanınmış xəstəxanasında cavan ana əməliyyat zamanı dünyasını dəyişib. BAKU.WS bildirir ki, mərhumun yaxınları criminal.az saytına deyiblər ki,...