Hacıxanımın oğlu erməni ailəsinə övladlığa verilib - ACI HƏQİQƏT ÜZƏ ÇIXDI - VİDEO

Hacıxanımın oğlu erməni ailəsinə övladlığa verilib - ACI HƏQİQƏT ÜZƏ ÇIXDI - VİDEO
Video
Video 5157

Azərbaycanlı qadının oğlu erməni ailəsinə tərəfindən övladlığa götürülüb.

BAKU.WS xəbər verir ki, 66 yaşlı Qəndab adlı hacıxanımın 1968-ci ildə dünyaya gətirdiyi Eldəniz Məmmədov Famil oğlu Ermənistanda yaşayır.

1967-ci ildə Hacıxanım Qəndab 15 yaşında olarkən evlənmək məqsədilə qaçırılıb. Nikah yaşına çatmayan qızla cinsi əlaqəyə girdiyinə görə onu qaçıran şəxs həbs olunur və Qəndab ata evinə qaytarılır. Lakin sonra onun hamilə olduğu məlum olur və 1968-ci ildə oğlu Məmmədov Eldəniz Famil oğlu doğulur.

Qəndabın ailəsi bu uşağı qəbul etmir və uşaq evinə verilir. 1972-ci ildə Eldənizin 4 yaşı olarkən erməni ailəsinə övladlığa verilir. Erməni ailə Eldənizi Uşaq evindən götürdükdən sonra adını dəyişib. O artıq Eldəniz deyil. 1982-ci ildə ailə ona erməni övladı olmadığını bildirir və gecə ilə onunla birlikdə Ermənistana köçürlər.

Oğlundan xəbərsiz olan Qəndab xanım bir müddətdən sonra ailə qurur. Lakin bir daha ana ola bilmir. Həyat yoldaşının razılığı ilə övladlığa uşaq götürürlər. Buna baxmayaraq öz doğma oğlunu axtarır. Bu axtarış illərlə davam etsə də heç bir nəticə vermir.

Hacıxanım Qəndab sonda oğlunun axtarışını "Səni axtarıram" proqramına həvalə edir və acı həqiqət üzə çıxır...

Son xəbərlər