Azərbaycanlı məşhur həyat yoldaşını və 6 yaşlı oğlunu küçəyə atdı - VİDEO

Azərbaycanlı məşhur həyat yoldaşını və 6 yaşlı oğlunu küçəyə atdı - VİDEO
Video
Şou-biznes 5926
Məşhur skripka ifaçısı Ramin Həsənov həyat yoldaşını evdən qovub. BAKU.WS xəbər verir ki, "Səni axtarıram" proqramına gələrək imdad istəyən gənc qadın 6 yaşlı oğlu ilə küçədə qaldığını deyib. Nərminlə Ramin 2011-ci ildə ailə həyatı qurublar. Onlar ailə qurarkən Nərminin 19, Raminin isə 31 yaşı olub. Cütlüyün 6 yaşında Məhəmməd adında oğlu var. Nərminin sözlərinə görə, ilk dəfə 6 il əvvəl - oğluna hamilə ikən onu evdən qovublar. Daha sonra 3 dəfə barışsalar da, yenə ayrılıblar. Hazırda azyaşlı uşağı ilə dost-tanışının evində yaşayan Nərmin baş verənlərdə qayınanasını günahlandırıb. Onun sözlərinə görə, Ramin anasının sözü ilə ondan ayrılıb. Ramin hələ də Nərminə ilə rəsmi nikahda olmasına baxmayaraq başqa bir qadınla bərabər yaşayır. O, uşağının anasına yeni ailə qurduğunu, onunla barışmaq istəmədiyini bildirib. Zülfiyyə Qurbanova BAKU.WS

Son xəbərlər