21 yaşında 2 dəfə ərdə olan gənc qadının dəhşətli etirafları - VİDEO
18
may
2018
14:04
21 yaşlı Elnarənin Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramında etirafları televiziya tamaşaçılarını dəhşətə gətirib.BAKU.WS-in məlumatına görə, gənc qız ikinci ərindən və onu həmin şəxsə məcburən ərə verən valideynlərindən imtina etmək istədiyini bildirib. Elnarə ilk dəfə 18 yaşında valideynlərinin xeyir-duası olmadan Azər adlı şəxslə ailə qurduğunu etiraf edib. Maddi çətinliklər və ailədə yaşanan problemlər səbəbilə tez-tez valideynlərinin evinə gəlib. İki il ailə həyatından sonra - növbəti dəfə belə hal baş verdikdə valideynləri "Azərdən sənə ər olmaz" deyib onu məcburən başqa kişiyə ərə veriblər. Valideynlərin Elnarə üçün seçdikləri ər özündən 16 yaş böyük, 3 dəfə həbsxana həyatı yaşamış qohumları olub. İkinci həyatı da alınmayan bədbəxt qız, həmin şəxs tərəfindən mənəvi və fiziki təzyiqlərə, daha doğrusu təcavüzə məruz qaldığını fotolarla sübut edib: "Məni hər dəfə döyüb belə vəziyyətə salırdı və mən də hər dəfə onun əlindən ata evinə qaçırdım. Yaralarım sağaldıqdan valideynlərim məni yenidən onun evinə göndərirdilər. Məni ac-susuz mal tövləsinə basıb işlədirdi. Çox işgəncələr verirdi. Valideynlərim mənə sahib çıxmırlar. ". 21 yaşlı qadının hər iki evliliyi rəsmi nikahsız baş tutub. Zülfiyyə Qurbanova BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı həkim dodağına taxta silikon vurulan qızın həyatını xilas etdi (VİDEO)
Azərbaycanda oxuduğunu iddia edən kosmetoloq tərəfindən həyatı məhv edilən 22 yaşlı tibb bacısı Merve Keleşin dodaqlarına taxta silikon vurulmuşdu. BAKU.WS-in m...