Dostunun ölüm xəbərini alan Elgiz Əkbər dəhşətə gəldi: Nə danışırsız?! - VİDEO

Dostunun ölüm xəbərini alan Elgiz Əkbər dəhşətə gəldi: Nə danışırsız?! - VİDEO
Video
Şou-biznes 6294
Aparıcı Elgiz Əkbər efirdə aldığı xəbərdən şok yaşadı.BAKU.WS xəbər verir ki, verilişin qonağı müğənni Emil Rəhmanov ortaq dostları meyxanaçı Ramin Dağlının bir neçə ay bundan əvvəl dünyasını dəyişdiyini deyib. Xəbəri eşidən aparıcı əvvəlcə buna inanmaq istəməyib. "Nə danışırsan? Nə zaman öldü? Ola bilməz! Cavan, çox istedadlı meyxanaçı idi. Həm də çox qanacaqlı insan idi. Çox üzüldüm. Ailənin tək övladı idi. İki gözəl balası qaldı..." Meyxanaçı Ramin Dağlı istedadlı gənc idi. O, şair kimi də tanınırdı. Məclislərdə meyxana ilə yanaşı şeirlərinə də sevə-sevə qulaq asırdılar. Ramin Dağlı 36 yaşında xəstəlikdən vəfat edib. Ailəli idi, iki övladı var. Mərhum məşhur olmadığında vəfatı ilə bağlı mediada məlumat verilməyib. Bu səbəbdən də Elgiz Əkbər onun ölümündən xəbərsiz olub. Zülfiyyə QurbanovaBAKU.WS
Ramin Dağlı

Son xəbərlər