Hacıbala Abutalıbovun bağladığı "26"lar kafesində son vəziyyət (VİDEO)
02
noy
2017
13:59
Bir müddət fəaliyyəti dayandırılmış “26” kafesinə baş çəkdik. BAKU.WS xəbər verir ki, sentyabrın 8-də Bakının Səbail rayonu ərazisində, “Sahil bağı” (keçmiş "26 Bakı Komissarı" bağı) yaxınlığında, Xaqani küçəsində yerləşən “26” - “Twenty six” adlı kafe Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun iştirakı ilə bağlanıldığı kafenin görüntüsünü təqdim edirik. Qeyd edək ki, H. Abutalıbov həmin gün jurnalistlərə açıqlamasında bildirib ki, Bakının mərkəzində “26” adlı kafenin açılması yolverilməzdir: “Azərbaycanlıların soyqırımını təşkil edən qatillərin havadarları təəssüf ki, bu gün də yaşayırlar. Bunun nəticəsidir ki, Yazıçılar İttifaqının binasının bir hissəsi icarəyə götürüb, “26” sözünü nəinki Azərbaycan, hətta ingilis dilində də yazmağa cürət ediblər. Qoy, burada yaşayan erməni havadarları da başa düşsün ki, nə qədər Azərbaycan xalqı var, erməni daşnaklarına Azərbaycanda yer yoxdur”. H. Abutalıbov obyektin icarədarları və havadarlarının qanuna müvafiq olaraq cinayət məsuliyyətinə cəlb olunacaqlarını da deyib. Tuncay BAKU.WS
Oxşar xəbərlər
"26" kafesi ilə bağlı SON XƏBƏR: Həbslər başladı
Bir neçə gün əvvəl fəaliyyəti dayandırılmış “26” kafesinin icarədarı həbs olunub.Səbail rayon Məhkəməsinin qərarı ilə kafenin icarədarı Ramin Məmmədov 20, kafen...