Çingiz Abdullayevin “26-lar” kafesi haqda dediyi sözlər yalan çıxdı - ayda 8 min manat - FOTOFAKT
11
sen
2017
21:53
Xəbər verildiyi kimi, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev Bakı meri Hacıbala Abutalıbovun bir neşə gün öncə qapatdığı “26-lar” adlı (“Twenty Six”) kafe ilə bağlı qalmaqala münasibət bildirərkən demişdi ki, həmin kafenin Yazıçılar Birliyinə məxsus ərazidə yerləşməsinin bu təşkilatın rəhbərlərinə aiddiyyəti yoxdur.Ç.Abdullayev belə demişdi: “Hamı adi şeyləri anlamalıdır! Lakin görünür ki, heç də həmişə belə olmur. Yazıçılar İttifaqının rəhbərliyindən heç kimin “26” restoranına aidiyyəti yoxdur!”BAKU.WS-in məlumatına görə, Musavat qəzetinin redkasiyasına göndərilən sənəddən isə görünür ki, “həmin kafenin Yazıçılar Birliyinə məxsus ərazidə yerləşməsinin bu təşkilatın rəhbərliyinə aidiyyatı” varmış.Belə ki, məkanın icarə verilməsi haqqında müqavilə icarədar Ramil Ruslan oğlu Məmmədli ilə Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev arasında bağlanıb. Tərəflər müqaviləyə öz şərt və tələblərini də əlavə edərək imza adıblar. Bu müqaviləyə görə, icarədarlar hər ay müqavilə tərəfdaşlarına 8 min manat pul verirmişlər.BAKU.WS
Oxşar xəbərlər
Hacıbala Abutalıbov: ““Xanımlara qəlyan çəkmək pulsuzdur” reklamları vurulmuş, əxlaqsız gecə klubu...”
BŞİH başçısı Hacıbala Abutalıbov “26-lar kafesi”nin fəaliyyətinin dayandırılması ilə bağlı yazıçı Çingiz Abdullayevin söylədiklərinə münasibət bildirib. Hacıbal...