"Haber Global": Türk dövlətləri Şuşada bir araya gəldilər - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağın mirvarisi olan Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçirilib".
Bu barədə Türkiyənin "Haber Global" telekanalının tədbirlə bağlı hazırladığı süjetdə deyilir.
Bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev Zirvə toplantısının erməni işğalından azad edilmiş Şuşada keçirilməsinin vacibliyini vurğulayıb və ilin sonuna kimi 20 min insanın bu torpaqlara qayıdacağını bəyan edib.
Süjetdə qeyd olunur ki, Azərbaycan türk dünyasını bir araya gətirib. Türkiyə ilə Azərbaycanın rəsmi müttəfiq olduğunu təsdiq edən bəyannamə məhz tədbirin keçirildiyi Şuşada imzalanıb.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Prezident İlham Əliyev Şuşada TDT-nin dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxış edib - YENİLƏNİB - FOTO
İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbə...