“Haber Global”: Antiterror tədbiri Zəngəzur dəhlizinin kilidini açır - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
“Zəngəzur tarixi baxımından Azərbaycan və bütün türk dünyasının ayrılmaz parçası olub”.
BAKU.WS xəbər verir ki, bu sözləri Türkiyənin “Haber Global” telekanalında qonaq qismində çıxış edən ekspert Güngör Yavuzarslan deyib.
Verilişdə Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi lokal xarakterli antiterror tədbirlər müzakirə olunub, həmçinin Zəngəzur dəhlizinin tarixi və iqtisadi önəmi vurğulanıb.
Verilişdə çıxış edən ekspert bildirib ki, Atatürk hələ 100 il əvvəl Naxçıvanla Türkiyə arasında bir sərhəd qurmaq üçün İranla torpaq mübadiləsi edib və bununla da 13 kilometrlik sərhəd xətti açılıb.
“Türkiyə ilə fiziki əlaqə yaradan bu ərazinin mövcudluğu istər türk dünyası, istərsə də Azərbaycan üçün çox önəmlidir”, - deyə ekspert vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...