Gəncədə müharibədən zərər görən evlərin tikintisinə başlanıldı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncə şəhərində Vətən müharibəsi zamanı raket zərbələri nəticəsində dağılan evlərin yenidən tikilməsinə başlanılıb.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, ilkin mərhələdə 24 ev sıfırdan tikiləcək, 1598 mənzil isə təmir və bərpa ediləcək.
Tikiləcək, həmçinin təmir ediləcək evlərin sırasında fərdi yaşayış evlərlə yanaşı çoxmənzilli binalarda var.
Bu rəqəmlər son deyil. Dekabr ayında erməni terroru nəticəsində zərər görən vətəndaşların Nazirlər Kabineti yanında yaradılan xüsusi komissiyaya müraciətindən sonra işlər davam etdirilir.
Nəticə etibarı ilə yenidən tikiləcək və təmir olunacaq evlərin sayı artacaq.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin xalqa müraciəti - Əziz həmvətənl...