Gəncədə koronavirusa qarşı mübarizə tədbirləri davam edir - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncə şəhərində koronavirus infeksiyası ilə bağlı mübarizə istiqamətində tədbirlər davam etdirilir. Xüsusən əhalinin sıx olduğu yerlərdə nəqliyyatda bu işlər daha da intensivləşdirilib.
Ölkənin ikinci böyük şəhərində fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrində dezinfeksiya işləri aparılıb.
Dezinfeksiya işləri hər gün təxminən 2 saat ərzində həyata keçirilir. Pandemiya başlayandan sözügedən proses hər gün təşkil olunmaqdadır. Paralel olaraq nəqliyyat vasitələrinə maarifləndirici broşüralar da vurulub.
Qeyd edək ki, hazırda Gəncə şəhərində 28 xətt üzrə gün ərzində 230 ədəd orta və iri tutumlu avtobuslar fəaliyyət göstərir. Məqsəd koronavirus infeksiyasında risk faktorunu azaltmaqdır.
Ətraflı BAKU.TV-nin süjetini təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...