Feminist: Azad qadın, yoxsa kişi düşməni? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Məlum aksiyadan sonra xüsusən sosial mediada aktiv müzakirə olunan feminizm və qadın azadlığı məsələsi cəmiyyətdə heç də birmənalı qarşılanmır.
BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, vətəndaşlar hesab edir ki, təkcə qadınlar yox, bütün insanlar azad şəkildə öz fikrini bildirmək hüququna malikdir.
Cinsiyyətindən asılı olmayaraq zorakılıq heç bir halda müsbət qarşılana bilməz. İnsanların şiddətə və zorakılığa qarşı çıxması, etirazını bildirməsi təbii prosesdir.
Lakin bu etiraz şiddət və aqressiya ilə müşayiət olunursa, cəmiyyətdə mənfi reaksiyalar da qaçılmaz olur. Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, feminizm adı altında toplaşan xanımların nəyi tələb etdikləri çox vacib amildir.
“Feminizm qadın uğrunda, qadınların qorunması uğrunda bir hərəkatdır. Müxtəlif cəmiyyətlərdə qadınlar görəndə ki, onlara qarşı ədalətsizlik var, o ədalətsizliyin ortadan götürülməsi üçün təşkilatlanırlar, fəaliyyət göstərirlər ki, cəmiyyətdə qadınlara qarşı basqı olmasın. Bizdə isə həmin aksiyada heç kim başa düşmədi ki, oradakı insanlar nə istəyir?” - Əhməd Qəşəmoğlu bildirib.
Psixoloq Nazim Orucov isə deyir ki, feminizm hərəkatı vaxtilə qadınların hüquqları uğrunda mübarizə kimi başlamışdı, lakin hazırda bu hərəkatın kimə, nəyə qulluq etdiyi bəlli deyil.
Qadına qarşı da, kişiyə qarşı da zorakılıq cinayət məsulliyyəti sayılır. Buna etiraz etmək hər kəsin haqqı, hətta borcudur.
Lakin istənilən etiraz forması qanun, hüquq və əxlaq normaları çərçivəsində olmalıdır.
Oxşar xəbərlər
Tovuzda “ASAN Həyat” kompleksi istifadəyə verildi - FOTO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında iştirak edib. BAKU.WS xəbər verir ki, dövlətimizin b...