Evini satmaq istəyənlərin nəzərinə: Bu maklerdən uzaq durun - VİDEO
Bakıda Polad adlı makler evini satmaq istəyənləri aldadıb.BAKU.WS xəbər verir ki, onun dələduzluğunun üstü ATV-nin "BizimləSən" proqramında üzə çıxıb.
Polad tərəfindən aldadılan vətəndaşlar efirə gələrək pullarının qaytarılmasını tələb ediblər. Şirin və Ariz adında şəxs bildiriblər ki, hüquq mühafizə orqanlarına müraciət etsələr də, pullarını geri ala bilməyiblər.
Poladın fotosu efirdə nümayiş edildikdən sonra zəng vuraraq şəklinin yığışdırılmasını xahiş edib. Poladın dələduzluğunun qurbanı olan şəxslərin və Poladın özünün söylədiklərini aşağıda təqdim etdiyimizi videoda izləyə bilərsiz:Zülfiyyə Qurbanova
Oxşar xəbərlər
"BizimləSən"də gərgin anlar - Atasını görən qadını "sudoroqa" tutdu - VİDEO
ATV-nin "BizimləSən" proqramında gərgin anlar yaşanıb. BAKU.WS xəbər verir ki, İlahə və Həvva adlı xanımların 13 gündür evdən gedən yaşlı ataları tapılıb efirə...