"Belə gözəl qız dədəsi yaşda kişi ilə eşq yaşaya bilməz" - Aysel Xoşqədəmi məhkəməyə verdi (VİDEO)

Belə gözəl qız dədəsi yaşda kişi ilə eşq yaşaya bilməz - Aysel Xoşqədəmi məhkəməyə verdi (VİDEO)
Video
Şou-biznes 8385
Ailə dağıtmaqda ittiham edilən müğənni Aysel Əlizadə Xəzər TV-də yayımlanan “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızına məktub göndərib. BAKU.WS xəbər verir ki, Xoşqədəm xanım ifaçının vəkili tərəfindən yazılan məktubun bir hissəsini efirdə səsləndirib. Məktubda qeyd olunub ki, Xoşqədəm Hidayətqızının proqramında Turanə adlı şəxs tərəfindən Ayselin şərəf və ləyaqətini alçaldan fikirlər səsləndirildiyindən, şəxsi və ailə həyatı ilə bağlı məlumatların onun razılığı olmadan yayımlandığından aparıcı məhkəməyə verilib. Vəkil məktubunda Ayselin efirə qoşulmasını tələb edib. Hidayətqızı məktubu oxuduqdan sonra Ayselə müraciət edərək efirə gəlib ittihamlara cavab verməsini istəyib. Xoşqədəm Hidayətqızı məhkəməyə verilmə səbəbini anlamadığını deyib: “Mən deyirəm ki, bu cür gözəlliyə sahib olan gənc qız "Porshe" yox, lap belə "Ferrari" alsın, dədəsi yaşda kişi ilə eşq yaşaya bilməz. Buna görə məni məhkəməyə verirsənsə, get ver". Qeyd edək ki, Turanə adlı qadın "Səni axtarıram" proqramına gələrək iki uşaq atası olan Elçin Nəcəfovun müğənni Aysel Əlizadə ilə sevgili oldugu üçün ailəsinin dağıldığını deyib. Qadın həmçinin E.Nəcəfovun müğənniyə 150 minlik “Porshe” markalı lüks avtomobil aldığını açıqlayıb.Zülfiyyə QurbanovaBAKU.WS

Son xəbərlər