Ermənilər sərhəddəki kəndi boşaltdı - sakinlər evlərindən qaçır (VİDEO)
31
okt
2018
10:18
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın sərhəd kəndlərinin son illərdə düşdüyü acınacaqlı vəziyyət əhalinin kütləvi köçü ilə müşayiət olunur. Naxçıvanla həmsərhəd olan kəndlər uzaqdan sanki xarabalığı xatırladır. Artıq bu kəndləri taleyin ümidinə buraxan Ermənistan hökuməti sanki onları biryolluq unudub.Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ləkətağ kəndi istiqamətində yerləşən Ermənistanın Arevis kəndi də öz acınacaqlı halı ilə bunu təsdiq edir. Kəndin küçələrindəki cığırları ot basıb. Yolların kələ-kötür, səliqəsiz relyefi ümumiyyətlə, bura uzun illərdir insan ayağının dəymədiyini göstərir. Təmirsiz binalar, damları uçuq evlər, suya həsrət qalan dağılmış bulaq, yarıuçuq tikililər 21-ci əsrdəki erməni kəndlərinin real simasına çevrilib.İnsansız küçələrdə arada gözə dəyən köhnə, nimdaş geyimli, kasıb ermənilərin üzlərində isə miskinlik və çarəsizlik var. Cansıxıcı Arevis kəndinin ərazisində dağılmış evlərin sayı abad binalardan dəfələrlə çoxdur.BAKU.WS Naxçıvan TV-yə istinadən Ermənistanın Arevis kəndinin görüntülərini təqdim edir:BAKU.WS
Oxşar xəbərlər
Düşmən Talış kəndi istiqamətində yenə itki verdi
Sərhəddə atışma nəticəsində müqavilə üzrə xidmət göstərən 38 yaşlı erməni hərbçi Aykaz Babkenoviç Matevosyan yaralanıb.Virtualaz.org Ermənistan KİV-lərinə istin...