DYP-dən “Formula-1"lə bağlı VACİB ÇAĞIRIŞ - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
“Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar olaraq “Bakı şəhər halqası”nın keçdiyi və onun ətrafındakı küçələrdə nəqliyyatın hərəkətində məhdudiyyətin tətbiq olunduğu müddət ərzində sürücü və piyadaların mənzil başına təhlükəsiz çatmalarının, həmçinin nəqliyyatın fasiləsiz hərəkətinin təmin edilməsi məqsədi ilə yol polisləri gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Bir daha sürücülərdən qeyd edilən müddət ərzində ictimai nəqliyyata üstünlük vermələrini, DYP əməkdaşlarının nizamlayıcı qismində verdikləri işarələrə düzgün əməl etmələrini, səyahətlərini məhdudiyyət tətbiq edilmiş küçə və prospektlərə alternativ yollardan keçməklə planlaşdırmalarını tövsiyə edirik.
Qalereya
Oxşar xəbərlər
Yol polisindən sürücülərə müraciət - FOTO
Daxili İşlər Nazirliyi (DİN) Formula 1 Azərbaycan Qran-Prisi yarışı ilə əlaqədar sürücülərə müraciət edib. DİN-in mətbuat xidmətindən BAKU.WS-ə bildiriblər ki,...