DSMF-nin 7 əməkdaşı koronavirusa yoluxdu - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Qobustan şöbəsinin 7 əməkdaşı koronavirusa yoluxub.
BAKU.WS xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıblı BAKU.TV-yə məlumat verib. O bildirib ki, şöbənin rəhbəri İrşad Həsənov və 6 əməkdaşında koronavirus (COVID-19) testinin nəticələri pozitiv çıxıb. Onların vəziyyətləri stabildir, müalicələri davam etdirilir, səhhətlərində ağırlaşma yoxdur.
Nazirlikdən bildirilib ki, həmin şöbədə COVID-19-a qarşı dezinfeksiya işləri həyata keçirilib.
Oxşar xəbərlər
Azərbaycanda koronavirusun yayılmasına qarşı etibarlı sədd yaradılır - FOTO
Çinin Uhan vilayətində aşkarlanan və qısa zamanda bir sıra ölkələrə yayılan koronavirus (COVİD-19) təhlükəsi ilə bağlı qabaqlayıcı tədbirlər aparılır. Bu çərçiv...