Dövlətdən böyük diqqət - Şəhid övladları işlə təmin olundu (VİDEO)
10
fev
2019
11:11
Azərbaycan hökuməti vətən uğrunda şəhid olan qəhrəmanlarımızın ailələrinin hər zaman problemlərini və qayğılarını diqqət mərkəzində saxlayır. Yanvarın 28-də prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva ilə görüşən şəhid ailələri də 11 min manat müavinət almaqla yanaşı, bəzi problemlərinin olduğunu da bildirmişdilər. Artıq görüş zamanı müraciət edən şəhid yaxınlarının problemləri həll edilib. Şəhid övladları işlə təmin olunub, onların yaxınlarının sosial qayğıları öz həllini tapıb.3 uşaq atası olan Xaliq Fərzəliyev milli qəhrəmanımız Pəhlivan Fərzəliyevin oğludur. Xaliq Fərzəliyev atasını itirdiyi gündən etibarən dövlətin qayğısını hər zamaan hiss edib. Bu gün o, yüksək əməkhaqqı ilə dövlət neft şirkətində işləyir.Xaliq Fərzəliyevin anası Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüş zamanı öz qayğıları barədə onlara məlumat verib. Çox keçməyib ki, onun arzuları gerçəkləşib.Xocalı şəhidimiz Yelmar Əhmədovun ailə üzvləri də bu gün dövlət qayğısından yararlananlardandır. Şəhidin həyat yoldaşı isə Xocalı soyqrımında yerimə qabiliyyətini itirib. O vaxtdan etibarən Lətafət İmanova onların övladlarına mənəvi analıq, dövlət isə mənəvi atalıq edib.Lətafət İmanova Yelmar Əhmədovun yadigarlarına dövlətin hər zaman qayğı göstərdiyini bildirir. Yelmar Əhmədovun qızı Salatın Əhmədova hələ uşaq olarkən mərhum prezident Heydər Əliyev onların ailəsinə baş çəkib və problemləri ilə maraqlanıb.Şəhid qızı Salatın Əhmədova deyir ki, onun iş məsələsinin qısa zamanda öz həllini tapacağı ağlına belə gəlməzdi. Hazırda isə yüksək əməkhaqqı ilə dövlət müəssisəsində çalışır.Onu da qeyd edək ki, görüş zamanı prezident İlham Əliyeva və ölkənin birinci xanımı Mehriban Əliyevaya müraciət edən hər bir kəsin problemi həll edilməkdədir.BAKU.WS
Oxşar xəbərlər
Prezident şəhid atasına öz əlləri ilə su içirdi (VİDEO)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşüblər.BAKU.WS xə...