Deputat şəhidlərin bacı və qardaşlarına müavinət verilməsini təklif edib - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Millət vəkili Fazil Mustafa Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı şəhid ailələrinə verilən yardımlarla bağlı məsələyə toxunub.
BAKU.WS xəbər verir ki, o çıxışında bir çox şəhid ailələrinin valideynlərinin vəfat etdiyini və onların bacı-qardaşlarının qaldığını bildirib. Millət vəkili həmin şəxslərin diqqətdən qalmağının düzgün olmadığını bildirib.
“Bu, çox az sayda şəhidlərə aid məsələdir. Bu bacı-qardaşlar da onların himayəsində olan şəxslərdir. Yəni, o məhz qardaşının himayəsində olub və onun qazancı ilə dolanıb. Lakin bu gün həmin 500 manat müavinət və başqa hüquqlar onlara şamil edilmir.
Dövlət qurumlarına üzümü tutub deyirəm ki, bu say elə də çox deyil. Onlara da yardım göstərilməlidir. Dövlət onsuz da bu istiqamətdə çox işlər görür. Bu məsələyə də diqqət ayrılsa, böyük humanist addım atmış olarıq”, - deyə deputat bildirib.
Oxşar xəbərlər
İlham Əliyevin Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsi - TAM MƏTN - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya m...