Dəməşqdə Makronun qaldığı otelin yaxınlığında PARTLAYIŞ
07
iyl
2026
13:05
Suriyanın paytaxtı Dəməşqdə partlayış baş verib. Partlayıcının yerləşdirildiyi avtomobil Fransa Prezidenti Emmanuel Makronun rəsmi səfəri zamanı qaldığı otelin yaxınlığında partladılıb.
BAKU.WS xəbər verir ki, Fransa lideri hadisədən qısa müddət əvvəl ərazini tərk etdiyi üçün xəsarət almayıb.
Partlayışdan sonra Suriya təhlükəsizlik qüvvələri şəhərdə bir sıra yolları bağlayaraq ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib.
Qeyd edək ki, Emmanuel Makron 2024-cü ilin dekabrında Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyaya səfər edən ilk Qərb lideridir.
Oxşar xəbərlər
Bakıda dana əti niyə bahalaşıb?
Dana ətinin kiloqramı Bakıda 19 manat, Beyləqanda 17 manat, Bərdədə isə 17 manat 50 qəpiyə satılır. Beləliklə, paytaxtda qiymət bu iki rayonla müqayisədə 1 mana...