İçərişəhərdə tapılan sirli yeraltı tuneldən görüntülər - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Aparıcı Fira Cəlilova sosial şəbəkə hesabında yeni paylaşım edib.
BAKU.WS xəbər verir ki, o, repçi Ramil Nabranla birlikdə İçərişəhərdə lentə alınan videounu paylaşıb.
Görüntülərdə Cəlilova tamaşaçılara İçərişəhərdə yeraltı gizli tunel tapıldığını və oranın muzey kimi istifadəyə veriləcəyini bildirib.
Aparıcı videoya verdiyi şərhində bildirib: “İçərişəhərin altı da üstü kimi muzeydir. Orada yeraltı yollar çoxdu. Məsələn, Qız qalasının qarşısında, “Donjun” deyilən dördkünc qala tipli bürcün sol və sağ tərəflərində, Şirvanşahlar sarayında yeraltı yollar var. Bu yollarda çoxlu quyular da yerləşir”.
Qeyd edək ki, hazırda sözügedən yerdə qədimliyini saxlamaq şərtilə 1 ildən çoxdur təmir-bərpa işləri aparılır. Muzey 3-4 metr dərinlikdə yerləşəcək.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan səfərindən görüntülər - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngil...