Bu marşrutda gediş haqqı artırıldı (VİDEO)

10
may
2018
21:34
Sumqayıtda fəaliyyət göstərən 3 nömrəli marşrut xəttində süni qiymət artımı olub.BAKU.WS xezerxeber.az-a istinadən məlumat verir ki, qiymət 25 qəpikdən 30 qəpiyə qaldırılıb. Qiymət artımı ilə bağlı artıq marşrut avtobuslarına elan da vurulub.Sözügedən avtobuslar Sumqayıt şəhərinin Sülh küçəsindən Hacı Zeynalabdin Tağıyev qəsəbəsi istiqamətində və əks istiqamətdə sərnişindaşıma ilə məşğuldur. Avtobuslarda qiymət marşrut xəttinin bağlı olduğu ''Nəqliyyat'' MMC tərəfindən artırılıb. Qiymət artımı bu marşrutdan istifadə edən sərnişinlərin haqlı narazılığına səbəb olub. Marşrut sürücülərinın sözlərinə görə, artım ilə bağlı göstəriş şirkətdən verilib. Xətt dispetçerləri də qiymət artımının müdiriyyət tərəfindən edildiyini dedilər.Fakt ilə bağlı sözügedən şirkətlə əlaqə saxlasaq da, qurumun rəisi Xannı Rüstəmov məsələyə münasibət bildirməkdən boyun qaçırdı.BAKU.WS
Oxşar xəbərlər
Bakıda daha bir marşrut kartla olacaq
Müntəzəm marşrut xətləri üzrə gediş haqqının “BakıKart” vasitəsi ilə ödənilməsi istiqamətində tədbirlər davam etdirilir.Bakı Nəqliyyat Agentliyi BAKU.WS-ə veril...