Daha bir marşrutda “BakuBus”ın avtobusları işə başladı

16
dek
2017
15:52
Bu gündən Bakıda fəaliyyət göstərən 17 saylı xətt marşrutu "Baku Baus" avtobusları ilə fəaliyyətə başlayıb. Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, artıq həmin avtobuslar 17 saylı marşrut üzrə xəttə çıxıb.Xatırladaq ki, bir neçə gün öncə 17 saylı marşrutun daşıyıcısı dəyişdirilərək adıçəkilən marşrut "Baku Bus" MMC-yə verilmişdi.17 nömrəli marşrut xəttinin istismarının “BakuBus” MMC-yə həvalə edilməsi ilə nağdsız ödəniş sisteminin əhatə dairəsi bir qədər də genişləndirilib.BAKU.WS

Oxşar xəbərlər
Bakıda bu marşrut xəttinin hərəkətində dəyişiklik edildi
Paytaxtda 3 saylı marşrut xəttinin hərəkətində dəyişiklik edilib."BakuBus" MMC-dən BAKU.WS-ə verilən məlumata görə, bu gün səhər saatlarından etibarən Şövkət Mə...