Bu malları ölkəyə gətirmək qadağandır — VİDEO

Bu malları ölkəyə gətirmək qadağandır — VİDEO
Video
Video 2457
Elektron ticarət son illər Azərbaycanda da geniş yayılıb. Amma bir çox alıcı və sifarişçi alış-veriş saytlarından istifadədə çətinlik çəkir. Əksəriyyət həmin saytlardan istidadə qaydalarını bilmir.BAKU.WS xəbər verir ki, ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.Bundan əlavə vətəndaşlar sifariş etdikləri malın hansı ölkədən göndəriləcəyi ilə bağlı da məlumatları dəqiqləşdirməlidir. Eyni zamanda gömrükdə problemlə qarşılaşmamaq üçün hesab fakturası da tələb olunmalıdır.Şəxsi istifadə və biznes məqsədi ilə ölkəyə gətirilən mallara görə ödənilən vergi və rüsumlar da fərqlidir. Dəyəri 1000 manata qədər olan məhsulların sifarişi zamanı bu şəxsi istifadə hesab edilir və sifarişçi yüksək məbləğli ödənişlərdən azad olunur. Amma ekspertlər burada boşluğun olduğunu düşünürlər.Məsələnin digər tərəfi ölkəyə gətirilməsi qadağan edilən mal və məhsullarla bağlıdır. Amma vətəndaşların çoxu həmin qadağan edilən materiallardan xəbərsizdir.Bunun üçün DGK və Azərpoçtun rəsmi səhifələrində qadağan olunmuş məhsulların siyahısı var ki, ora baxmaqla öz məhsullarının qadağan olunub-olunmadığını bilə bilərlər.Ölkəyə gətirilməsinə icazə verilməyən və cinayət tərkibi yaratmayan istənilən mal və material sahibi tərəfindən geri göndərilə bilər. Cinayət tərkibi yaradan malları sifariş edib ölkəyə gətiməyə çalışanlar barədə isə hüquqi ölçü götürülür.BAKU.WS

Oxşar xəbərlər

Diqqət! Ticarət mərkəzləri alıcıları aldadır – VİDEO

Diqqət! Ticarət mərkəzləri alıcıları aldadır – VİDEO

30, 50,70. Bəlkə də bir az irəli getsən 100 faiz olan endirimlə qarşılaşacaqsan. Amma nə olsun. Bu yalnız görüntüdür. İçəri girsən tam başqa mənzərədir. Endirim...

1206 Video 15:22 03 oktyabr 2018

Son xəbərlər