Bu gün şəhid olan Əzizbəyin Şuşadakı "İncəbellim" ifası - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Qarabağda antiteror tədbirləri zamanı yaralanan DİN-in Çevik Polis Alayının polis nəfəri Əzizbəy Muradov bu gün şəhid olub.
BAKU.WS xəbər verir ki, Əzizbəy Muradov eyni zamanda 44 günlük II Qarabağ müharibəsinin də iştirakçısı olub.
Şəhidimiz Şuşada "İncəbellim" mahnısını pianoda ifa etməsi ilə məşhurlaşmışdı. O, Asəf Zeynallı adına musiqi kollecinin 3-cü kurs tələbəsi idi.
Xatırladaq ki, Əzizbəy Muradov II Qarabağ müharibəsindən sonra “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib. O, bu gün şəhidlik zirvəsinə ucalıb.
Əzizbəy Muradov doğulduğu Sabirabad rayonunun Ulacalı kənd qəbiristanlığında, yaxınlarının məzarı yanında torpağa tapşırılıb.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...