Beyləqanda erməni terrorundan zərər görən evlər bərpa edilib - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
44 günlük Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində Beyləqan rayonunda 9 yaşayış evi dağıdılıb, 50-dən çox tikiliyə zərər dəyib.
Dövlət başçısının tapşırığına əsasən 53 tikilinin təmir-bərpası, 7 yaşayış evinin tikintisi yekunlaşdırılaraq sahiblərinə təhvil verilib. Hazırda 2 yaşayış evinin inşası və 1 tikilinin təmir-bərpası bitmək üzrədir. Beyləqanda işlərin ən qısa zamanda tam yekunlaşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, ümumilikdə 11 şəhər və rayonda Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində zərər dəymiş tikililərin inşası və təmir-bərpa işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında həyata keçirilir.
Ətraflı BAKU.TV-nin süjetini təqdim edirik:
Oxşar xəbərlər
Erməni təcavüzü nəticəsində Mingəçevirdə dağılan evlərin təmir-bərpası yekunlaşdırılıb - FOTO
44 günlük müharibə zamanı Ermənistanın təcavüzü nəticəsində Mingəçevir şəhərində ziyan dəymiş 41 tikilinin təmir-bərpası yekunlaşdırılıb. Dövlət Şəhərsalma və A...