Bərgüşad sakinləri hər an təhlükə altındadır - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ucar rayonunun Bərgüşad kəndində sakinlər təhlükəylə üz-üzə qalıb.
BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, kənddə elektrik dirəkləri qəzalıdır, naqillər istismar müddətini başa vurub.
Rayon mərkəzindən 36 kilometr uzaqlıqda yerləşən Bərgüşad kəndinin sakinlərinin sözlərinə görə, elektrik dirəklərinin və xətlərin qəzalı vəziyyətdə olması tez-tez enerjinin verilməsində fasilələr yaradır.
Bu zaman evlərdə olan elektrik cihazları ya sıradan çıxır, ya da enerjinin zəif olmasına görə istifadə etmək mümkün olmur.
Hər an yıxılma təhlükəsi ilə üz-üzə qalan dirəkləri kənd camaatı əlavə dayaq qoyaraq istifadə edir. Hətta bəzi hallarda kustar üsullardan istifadə edərək naqillərin ara məsafələrini də tənzimləyirlər.
Məsələ ilə bağlı “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional Enerji Təchizatı və satışı idarəsi Ucar Elektrik şəbəkəsində olduq.
Şəbəkədən şifahi olaraq BAKU.TV-yə bildirdilər ki, həmin kənddə olan problemdən xəbərdardırlar. İşlərin nə vaxt aparılacağı barədə mətbuat xidməti açıqlama verəcək.
Oxşar xəbərlər
Bakıda 100-dən çox bina SÖKÜLƏCƏK - SİYAHI - FOTO - VİDEO
Səbail rayonu, Badamdar qəsəbəsində baş verən, 14 yaşlı yeniyetmənin ölümü ilə nəticələnən bədbəxt hadisə bir daha Bakıda qəzalı binaların hər an ölüm təhlükəsi...