Baş epidemioloq: "Ya Rəbbim, mənim xalqımı belə xəstəliklərdən uzaq et!" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Allah mənə bizdə koronavirusa yoluxan xəstənin olduğunu elan etməyi qismət etməsin. Ya Rəbbim, ya bizi yaradan, mənim xalqımı belə xəstəliklərdən uzaq et!" Bu sözləri Səhiyyə Nazirliyinin Baş epidemioloqu İbadulla Ağayev deyib.
BAKU.WS xəbər verir ki, Baş epidemioloq "Musavat"ın canlı yayımında izləyicilərin suallarını cavablandırıb.
O, birmənalı olaraq Azərbaycanda koronavirusa yoluxma halının qeydə alınmadığını bildirib:
"Bunlar istəyirlər ki, mən çıxım deyim ki, bizdə bu xəstəlik var. Yoxdursa, niyə deyim? Belə bir faktı gizlətmək olar? Beynəlxalq aləmdən müxtəlif qurumların nümayəndələri bizdə oturub. ÜST-ün nümayəndəsi Azərbaycanda oturub nəzarət edir. Belə bir faktı gizlətmək mümkünsüzdür. Siz elə birlisiniz, gizlətmək bizə xeyirdir? Əksinə, gizlətsən, virusa yoluxma halları daha da çoxalar. Bu da dövlətə zərər vurar".
Oxşar xəbərlər
Baş epidemioloq: "Nəyə deyirsiniz and içim ki, Azərbaycanda koronavirus yoxdur"
“Bu gün Azərbaycanda koronavirusa yoluxan insan yoxdur. Səhiyyə Nazirliyi bu kimi hallardan qorunmaq üçün hər zaman qabaqlayıcı tədbirləri yüksək səviyyədə görü...