Bakının bu ərazisində təbii qazın verilişi dayandırıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nəsimi rayonu ərazisində təbii qazın verilişi dayandırılıb.
BAKU.WS Oxu.Az-a istinadla xəbər verir ki, Nəsimi rayonu, Cavadxan küçəsi, 29 ünvanında əhaliyə təbii qazın verilişi məhdudlaşdırılıb. Məhdudlaşdırmaya səbəb ərazidən keçən qaz xəttində qeydə alınan qəzadır.
“Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov açıqlamasında faktı təsdiqləyib.
O bildirib ki, sözügedən ərazidə qəza səbəbindən baş verən problemlərin aradan qaldırılması istiqamətində işlər görülür:
“Ərazidən keçən yeraltı qaz xəttində qəza baş verib. Bu səbəbdən, təhlükəsizlik məqsədilə ərazi üzrə təbii qazın verilişi dayandırılıb. Mövcud problem aradan qaldırıldıqdan sonra təxminən üç saat ərzində təbii qazın verilişi bərpa ediləcək”.
Oxşar xəbərlər
SOCAR-dan Azərbaycanda qazın qiymətinin bahalaşacağı xəbərinə CAVAB
Gürcüstanda kommersiya qurumlarına satılan qazın qiymətindəki dəyişiklik Azərbaycanda da eyni addımın atılıb-atılmayacağına dair müzakirələrə səbəb olub. Gürcüs...