Bakıda polislər yolda buz təmizlədi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
“Təhlükəyə baxmayıb yolun buzunu təmizləmək istəyirdilər”.
BAKU.WS xəbər verir ki, “avtosfer.az”ın Faiq adlı oxucusu yol polisinin sürücüləri təhlükədən qorumaq üçün atdığı daha bir təqdirəlayiq hərəkətini əks etdirən video göndərib.
O bildirib ki, övladını məktəbə aparan zaman bu mənzərə ilə rastlaşıb və avtomobili saxlayaraq baş verənləri telefonla videoya çəkib:
“Zagulba-Buzovna körpüsünün üstündə 99 YP 314 nömrəli YPX avtomobilində xidmət aparan polislər yolu buzdan təmizləyirdilər.
Təhlükəli yer olmasaydı, maşını saxlayıb çəkməzdim. Həm qürurverici, həm də təhlükəli idi.
Maşınlar yanlarından şütüyüb gedirdi, amma təhlükəyə baxmayıb yolun buzunu təmizləmək istəyirdilər”.
Görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Bakıda yük maşını sürücüsündən təhlükəli hərəkətlər – VİDEO
Bakının Binəqədi rayonunda yük maşını sürücüsü vətəndaşların həyatını təhlükəyə atıb.Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər.Bildirilir ki, “KamAZ...