Bakıda baş verən silahlı insidentin yeni GÖRÜNTÜLƏRİ
Ötən gün Bakıda baş verən silahlı insidentin yeni görüntüləri yayılıb.
BAKU.WS həmin görüntüləri təqdim edir:
Xatırladaq ki, sentyabrın 9-da saat 21 radələrində Binəqədi rayonunda evlərdən birinə naməlum şəxsin basqın etməsi ilə bağlı ev sahibi tərəfindən polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, hadisə yerinə yaxınlaşan polis əməkdaşlarına şübhəli şəxs odlu silahla müqavimət göstərməklə qaçmağa cəhd edib.
Ev sakinlərinin təhlükəsizliyi təmin olunmaqla cəhdin qarşısı alınıb, şübhəli şəxs polis əməkdaşları tərəfindən xidməti tabel silahı ilə zərərsizləşdirilib.
Müəyyən edilib ki, zərərsizləşdirilən şəxs Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunan Şükürov Eldəniz Məmmədhüseyn oğludur.
Hadisə yerindən "Makarov" tapançası aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Mbappe Dembele ilə münasibətlərindən danışdı: "Heç bir problem yoxdur"
Fransa millisinin və "Real Madrid"in hücumçusu Kilian Mbappe komanda yoldaşı Usman Dembele ilə arasında gərginlik olması barədə yayılan xəbərlərə münasibət bild...