Bakıda 11 yaşlı uşağın başı stadionun dəmirinə ilişdi - XİLASETMƏ GÖRÜNTÜLƏRİ
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Azadlıq prospektində uşağın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.
BAKU.WS xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 2015-ci il təvəllüdlü uşağın başının stadionun dəmir barmaqlıqları arasında sıxılaraq təhlükəli vəziyyətdə qaldığı müəyyən edilib.
Xilasedicilər xüsusi xilasetmə vasitələrini tətbiq edərək E.Gülməmmədovu xilas ediblər.
Oxşar xəbərlər
Xırdalanda maşının təkərinin lükə düşməsi ilə bağlı ADSEA-dan açıqlama
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən, Regional Su Meliorasiya QSC Xırdalan dairəsində maşının təkərinin qapağını...