Bakı-Sumqayıt yolunda uzun tıxac yaranıb - VİDEO

Bakı-Sumqayıt yolunda uzun tıxac yaranıb - VİDEO
Foto Video
Video 118

Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb.

BAKU.WS xəbər verir ki, Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə yolun hər iki istiqamətində baş verib.

Yolda tıxacın yaranmasına səbəb Ceyranbatan qəsəbəsi ərazisindən Bakı istiqamətində olan yolun bağlanmasıdır. Saray postundan Bakıya gələn yol təmirə bağlandığı üçün avtomobillərin hərəkəti qarşı yola istiqamətləndirilib və nəticədə ərazidə avtomobil sıxlığı yaranıb. Hazırda yolda böyük tıxac var.

Xatırladaq ki, Bakı-Quba yolunda aparılan cari təmir işləri çərçivəsində Bakı-Sumqayıt yolunda hərəkət hissə-hissə məhdudlaşdırılır.

Son xəbərlər