Bakıda QƏRİBƏ VƏZİYYƏT - 3 binanın sakinlərini 1 ünvan birləşdirir - VİDEO
17
apr
2019
09:41
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bir rayonda, amma ayrı-ayrı ərazidə yerləşən üç binanın ünvanı və nömrəsi eynidir.BAKU.WS xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət paytaxtın Xətai rayonu Zığ yolu küçəsi 22a ünvanından gedir.Sakinlərin sözlərinə görə, bir neçə ildir ki, yaşadıqları ünvanla bağlı problem yaşayırlar. Taksi və yaxud da təcili- tibbi yardım çağırdıqda onlar ünvanı tapa bilmirlər. Səbəb də Zığ yolu küçəsi 22a ünvanının bir rayonda üç ayrı-ayrı binada olmasıdır.Bir rayonda üç binanın ünvanı və nömrəsinin eyni olması digər problemlərə də səbəb olub. Sakinlər deyir ki, onların qeydiyyat məsələsi də qarşıq düşüb.Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov ''Xəzər Xəbər''ə bildirdi ki, yeni ünvan konsepsiyası hazırlanıb. Bu çərçivədə belə problemli ünvanların hər birinə ayrı küçə adları veriləcək. Sakinlərin qeydiyyat məsələsinə gəldikdə isə, həmin vaxt o da həllin tapacaq.Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Oxşar xəbərlər
Bakıda bu ərazidə insanların həyatına təhlükə var – VİDEO
Quru ağacların aşması nəticəsində insanların xəsarət almaları və ya avtomobillərə ziyan dəyməsi ilə bağlı dəfələrlə xəbər təqdim olunub.BAKU.WS Xəzər TV-yə isti...