Bakıda dollar qıtlığı: "Qara bazar"dan gizli çəkiliş (VİDEO)

Bakıda dollar qıtlığı: Qara bazardan gizli çəkiliş (VİDEO)
Video
Video 6002

Ölkədə yenidən dollar qıtlığı yaşanır.

BakıPost.az-ın araşdırması nəticəsində məlum olub ki, bankların əksəriyyəti dollar satışından ya imtina edir, yada hazırda pulun olmadığını deyirlər. Baş çəkdiyimiz banklardan yalnız birinin – "Amrahbank”ın əməkdaşı 400 dolların olduğunu dedi. Dolların satmayan banklardan birinin əməkdaşı deyir ki, bəzi şəxslər həftə ərzində bankdan külli miqdarda dollar alıb.

"Banka pul qoyan şəxslər manat ucuzlaşan kimi verdikləri dolları geri alırlar. Ona görə də həftənin sonuna dollar qalmır. Xüsusi adamlar var ki, gün ərzində 1000 – 2000 arası dollar alır. Bu səbəbdən həftə sonları qıtlıq yaranır”, - deyə bank əməkdaşı bildirib.

Bank əməkdaşları Mərkəzi Bankın satdığı dolları üzərinə rəsmi olaraq 4% qoyduqlarını bildirdilər. Bankların əksəriyyətində dollar qıtlığı yaşansa da, "28 May” metrosunun ətrafındakı "qara bazarda” vəziyyət tamamilə fərqlidir. Metronun ətrafında bir neçə nəfər yol kənarında dollar satır. Söhbətləşdiyimiz dollar alverçiləri bankların bağlı olmasından və dollar satmamasından heç də narahat deyildilər. Qanunsuz dollar satanlardan biri deyir ki, banklardan aldıqları dolların üzərində elə də çox faiz qoymurlar.

"Banklar hazırda doları 100 dolları 167 manata satırlar. Biz isə 170 manat 50 qəpiyə satırıq. 4 manat baha veririk. Alışı isə 168 manatdır. Məsələn, 500 dollar almaq istəyən 845 manat verməlidir”, - deyə dollar satanlardan biri bildirir. Hazırda dolların rəsmi məzənnəsi 1,6381 –dir.

Metronun ətrafında bir necə yerdə belə qeyri-qanuni dollar "satışı məntəqələri” var. Amma rəsmi olaraq Azərbaycan ərazisində dolların banklardan və müvafiq qurumlar tərəfindən müəyyən olunmuş yerlərdən başqa ərazilərdə satışı qadağandır. Amma bu qadağaya əməl olunmur. 

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər