Dollarla bağlı ŞAD XƏBƏR: Dövlətin müdaxiləsi kursu ucuzlaşdıracaq

Dollarla bağlı ŞAD XƏBƏR: Dövlətin müdaxiləsi kursu ucuzlaşdıracaq
İqtisadiyyat 8421

Sentyabr ayının 8-də Neft Fondu və Mərkəzi Bank vasitəsilə hərraca 300 milyon dollar çıxarılması dollarla bağlı yaranan ajiotajı nisbətən sakitləşdirəcək. Bunu fins.az-a açıqlamasında ekspert Cəfər İbrahimli bildirib.

Onun sözlərinə görə, son hərrac bankların dollara tələbatının 600 milyon dollar olmadığını göstərdi.Hərraca çıxarılan məbləğ demək olar ki, bankların tələbinə yaxındır.Ekspert bildirib ki, hərraca daha böyük məbləğin çıxarılması bayramqabağı  vəziyyəti stabilləşdirəcək. Banklar dollar satışı bərpa edəcək və limitləri aradan qaldırılacaq.Bundan əlavə,banklar alış-satış spredini  artıracaqlar. Belə ki, son günlər alış-satış spredi 1%-ə qədər azalmışdı.İndi isə dolların alış qiyməti 1.65 manat, satışı 1.70-1.71 manat arasında dəyişəcək.

C.İbrahimli hesab edir ki, bankların dollar satışını bərpa etməsi "qara bazar”dakı məzənnəyə də ciddi təsir göstərəcək:”Artıq dolları 1.83 manata satmaq mümkün olmayacaq. Belə ki, müştərilər artıq bankdan istənilən məbləğdə xarici valyuta ala biləcək”. Nəticədə  "qara bazar”da da məzənnənin bankların satış qiymətinə yaxın olacağı gözlənilir- 1.72-1.73 manat.

Ekspert hesab edib ki, bankların dollar tələbatının böyük hissəsini qarşılaması sentyabr ayının sonuna kimi xarici valyuta satışı ilə bağlı vəziyyəti stabil olaraq saxlayacaq.

BAKU.WS

Oxşar xəbərlər

"Qara bazar"da dollar ucuzlaşdı - QİYMƏT

"Qara bazar"da dollar ucuzlaşdı - QİYMƏT

Banklar tərəfindən ABŞ dollarının satışının məhdudlaşdırılması nəticəsində dollar kütləsinin alınıb-satıldığı «qara bazarda» məzənnələr bir qədər azalıb. Fins...

10345 İqtisadiyyat 14:15 05 sentyabr 2016

Son xəbərlər