Bakı Nəqliyyat Agentliyinə yeni səlahiyyətlər verildi - Çox ciddi yeniliklər olacaq - VİDEO
04
apr
2018
10:18
Bundan sonra paytaxt ərazisindəki parklanma yerləri Bakı Nəqliyyat Agentliyi tərəfindən təyin ediləcək. Parkomatların quraşdırılması da bu quruma həvalə edilib. Yeni qaydalara əsasən qarajlardan kənarda marşrut avtobuslarının saxlanılmasına da icazə verilməyəcək.Parkomatların hansı ərazilərdə yerləşdirilməsini Bakı Nəqliyyat Agentliyi həyata keçirəcək.Publik hüquqi şəxs olan Bakı Nəqliyyat Agentliyinin səlahiyyətləri artıb.Yeni nizamnəməyə əsasən agentlik işıqforların və yol nişanlarının yerlərini, Baş Dövlət Yol Polisi İdarəsinin rəyi nəzərə alınmaqla müəyyən edəcək və ya dəyişdirəcək, eləcə də onları quraşdıracaq və lazımi qaydada saxlanılmasına nəzarət edəcək. Bütün işıqforların vahid sistem çərçivəsində mərkəzləşdirilmiş qaydada intellektual idarə olunması da Agentliyə həvalə edilib. Bundan əlavə şəhər ərazisində parkomatların quraşdırlması bu qurum tərəfindən həyata keçiriləcək.Bakı Nəqliyyat Agentliyi istehsalat bazaları olmayan sahibkarlara yardım edəcək.Bundan sonra qarajlardan kənarda avtobusların saxlanılmasına icazə verilməyəcək.Digər qurumlar da hərəkətin məhdudlaşdırılması və ya qadağan edilməsi nəzərdə tutulan avtomobil yolları barədə ən azı 3 gün əvvəldən, təxirəsalınmaz hallarda isə dərhal Agentliyə məlumat verəcəklər.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda yeni qurum yaradıldı - FƏRMAN
Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi yaradılıb.BAKU.WS-in xəbərinə görə, Prezident İlham Əliyev dekabrın 22-də “Azərbayc...