Azərbaycanda fəhlələrin yeməkxanaya biabırçı hücumu (VİDEO)
Sosial şəbəkələrdə Sumqayıt Texnologiyalar Parkında (STP) fəhlələrin nahar fasiləsi zamanı yemək növbəsinə qaçdığını əks etdirən videogörüntülər yayılıb.
Sumqayıt Texnologiyalar Parkının rəsmisi isə Modern.az saytına açıqlamasında məsələyə belə aydınlıq gətirib:
"Videodakı görüntülər realdır və bizim zavodda çəkilib. Amma görüntülər təxminən 4 il əvvələ aiddir və hər şey göründüyü kimi deyil. İnsanlar yemək azdır və çatmayacaq, deyə qaçmırlar. Sosial şəbəkə istifadəçiləri vaxtaşırı bu videonu gündəmə gətirir. Biz videonu yayanlarla əlaqə yaratmaq istəsək də, bu, mümkün olmur. Çünki, vəziyyət görüntülərdəki kimi deyil.
Biz istənilən şəxsi, eləcə də həmin videonu yayanları STP-ə dəvət edirik. Buyurub gəlsinlər, zavodun yeməkxanasına, şəraitinə baxsınlar”.
Qurum rəsmisi işçilərin nahar yeməklərinin normalara uyğun tənzimləndiyini vurğulayıb: "Zavodda verilən yeməklər nizamnaməyə əsasən, işçilərin sayına uyğun olaraq tənzimlənir”.
BAKU.WS
Oxşar xəbərlər
"İPhone-6” ilə çəkilən bu görüntü internetdə rekord vurur (VİDEO)
Barda rəqs edən qızı izləyən gənc oğlanlar onu "İPhone-6” telefonu vasitəsilə çəkiblər. BAKU.WS-in məlumatına görə, gənclər qızın videosunu çəkiblər. Onlar çək...