Azərbaycanda yol çökür - 15 ev təhlükə qarşısında - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ağstafa rayonunun Köçəskər kəndində Acı Dərə deyilən ərazidə kənd sakinləri real təhlükə qarşısında qalıblar.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, ərazidə torpaq sürüşməsi başlayıb. Artıq 15 evin yerləşdiyi sahə təhlükəli əraziyə çevrilib.
Təxminən 4 ev tamamilə uçmaq təhlükəsi ilə üz-üzədir. Üstəlik yaranan vəziyyət uzun müddətdir davam edir. İlkin məlumata görə, buna səbəb əraziyə qrunt və sel sularının axması olub.
Kənd sakinləri tərəfindən bölgə müxbirimizə göndərilən videoda da təhlükənin ciddiliyi aydın şəkildə görünür.
Məsələyə münasibət bildirən rayon İcra Hakimiyyəti Aparatının baş memarı Sənan Mustafayevin sözlərinə görə, vəziyyətlə bağlı aidiyyətli qurumlara məlumat verilib.
“Məsələ ilə bağlı Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə məlumat verilib. Artıq layihələndirmə işləri aparılır. Ümid edirik ki, yaxın müddətdə problemin həlli ilə bağlı tədbirlər görüləcək.
Bəli, sakinlər haqlıdır. Vəziyyət təhlükəli həddədir. Ərazidən qaz, elektrik xətləri keçir. Təhlükəli ərazi təxminən 500 metrdir.
Yarğanın hündürlüyü bəzi yerlərdə 10 metrə çatıb. Bəzi yerlərdə isə 7-8 metrdir", - deyə baş memar bildirib.
Oxşar xəbərlər
İcbari tibbi sığorta ilə bağlı əhaliyə VACİB XƏBƏR - SİYAHI AÇIQLANDI
Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdar...