Azərbaycanda ŞOK - Ata 3 aylıq uşağını döydü, arvadına işgəncə verdi - VİDEO

Azərbaycanda ŞOK - Ata 3 aylıq uşağını döydü, arvadına işgəncə verdi - VİDEO
Video
Video 419

Xəzər TV-də yayımlanan "Səni axtarıram" verilişinə gələn Tural adlı vətəndaş həyat yoldaşını və övladını axtardığını deyib.

BAKU.WS xəbər verir ki, efirdə vəziyyəti izah edən Tural ailəsini geri qaytarmaq istədiyini söyləyib.

Ancaq onun həyat yoldaşı Lamiyyə efirə qoşularaq şok iddialar açıqlayıb. O bildirib ki, əri onu və 3 aylıq uşağını döyüb:

"Mənə çox işgəncələr edib. İçirdi, gəlib məni təhqir edirdi. Beşiyə təpik atdı, uşaq yıxıldı. Mən artıq ailə qurmuşam. Öz həyatımı yaşayıram".

Lamiyyənin bu açıqlaması aparıcı Xoşqədəm Baxşəliyevanı da təəccübləndirib. Məlum olub ki, Lamiyyə qısa müddət ərzində özünə yeni ər namizədi tapıb. Maraqlısı ondadır ki, Lamiyyə ilə Tural rəsmi evli deyil. Çünki Tural başqa bir qadınla evlidir və hələ də boşanmayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər