Azərbaycanda "Kurtlar Vadisi Pusu"nun aktyorunun da rol aldığı film çəkildi - FOTO

04
avq
2023
15:52
Azərbaycan və türk aktyorlarının birlikdə rol aldığı "Lanetli kitab" filminin çəkilişləri yekunlaşıb.
BAKU.WS xəbər verir ki, bu barədə ekran işinin rejissoru Natiq Novruzov sosial şəbəkə hesabında bildirib.
Filmdə "Kurtlar Vadisi Pusu" serialında rol alan Halil İbrahim Kalaycı (Zülfüqar Ağa), o cümlədən digər azərbaycanlı gənc aktyorlar çəkiliblər.
Ekran işində uşaq obrazları Ayan Fuad və Nuran Fuad canlandırıblar. Qorxulu janrlı ekran işi oktyabrdan etibarən Azərbaycan və Türkiyə kinoteatrlarında nümayiş olunacaq.
Filmin prodüseri Zamiq Əlövsətoğludur.


Oxşar xəbərlər
“EY İlin İş Adamı” müsabiqəsinin mükafatçısı Zaur Darabzadə: “Fürsətlər öz-özünə yaranmır, onları yaradan bizik” - FOTO
“EY Azərbaycan” şirkətinin ölkəmizdə təşkil etdiyi "EY İlin İş Adamı" müsabiqəsinin məqsədi əzm və dayanıqlılıq nümayiş etdirən sahibkarları qiymətləndirməkdir....