Azərbaycanda karantin dövründə toy təşkil etdilər - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədilə elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində mütəmadi tədbirlər davam etdirilir.
BAKU.WS Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupuna istinadən xəbər verir ki, karantin rejimi ilə bağlı məhdudiyyətlər tətbiq edilməsinə baxmayaraq, bəzi şəxslər tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinməkdədir.
Belə ki, Zərdab rayonunun Alıcanlı kəndində 25 nəfərə yaxın şəxs toplaşaraq, toy məclisi təşkil edib, bununla da, xüsusi karantin qaydalarını kobud şəkildə pozublar. Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məclisdə iştirak edən 14 nəfər saxlanılıb.
Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi üzrə protokollar tərtib edilərək, məhkəmənin qərarı ilə onların hər biri 100 manat məbləğində cərimə edilib.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...