Azərbaycanda iki yeni hərbi hissə istifadəyə verildi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər davam etdirilir.
BAKU.WS xəbər verir ki, martın 18-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti hərbi tibb müəssisələrində həyata keçirilən tikinti-quruculuq işlərinin davamı olaraq hərbi hospitalın əsaslı təmir edilmiş yoluxucu xəstəliklər bölməsinin açılışında iştirak edib.
Açılış mərasimində qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Azərbaycan ordusunun şəxsi heyətinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər davam edir, hərbi hissələrdə müasir standartlara cavab verən tibbi infrastruktur yaradılır. Yoluxucu xəstəliklər bölməsindəki şəraitlə tanış olan müdafiə naziri manipulyasiya və diaqnostika otaqları, intensiv terapiya palatası, yarım boks və tam boks tipli palatalar, nəzarətdə qalan xəstələr üçün ayrılmış palata və xəstələrin qəbulu otağına baxış keçirib.
Bildirilib ki, inkişaf etmiş ölkələrdə istehsal edilən ən müasir tibbi avadanlıqlarla təchiz edilən bölmədə hərbi qulluqçuların müalicəsi üçün hər cür şərait yaradılıb.Sonda müdafiə naziri tibb xidmətinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq göstərişlər verib.
Qalereya
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...