Azərbaycana gələn yük maşınlarını polis müşayiət edir - VİDEO

Azərbaycana gələn yük maşınlarını polis müşayiət edir - VİDEO
Foto Video
Video 232

Azərbaycanla qonşu olan ölkələrdə koronavirusa yoluxma hallarının artmasından sonra dövlət başçısı İlham Əliyevin müvafiq tapşırığına əsasən, həmin ölkələrdən, o cümlədən İran İslam Respublikasından Azərbaycana daxil olan yük nəqliyyat vasitələrinin hərəkəti polis əməkdaşlarının müşayiəti ilə təmin edilir.

Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Azərbaycan ərazisindən tranzit yüklərin daşınması üzərində nəzarət gücləndirildiyi üçün nəqliyyat vasitələri ölkə sərhədlərini tərk edənə qədər onların təhlükəsizliyi təmin edilir və yalnız müəyyən edilmiş məntəqələrdə sürücülərin avtomobillərdən düşərək istirahət etməsinə icazə verilir. İstirahət yerlərində sürücülər Daxili İşlər Nazirliyinin hesabına isti yeməklə təmin olunur.

Bu yerlərdə sürücülərin ibadətlə məşğul olmaları və tibbi müayinədən keçmələri üçün xüsusi otaqlar da ayrılıb.

Sürücülər qeyd olunan yerlərdə istirahət etdikdən sonra onlar yol polisinin müşayiəti ilə yollarına davam edirlər.

Onların yol boyu yerli vətəndaşlarla ünsiyyətdə olması və marşrutdan kənar yerlərdə nəqliyyat vasitələrini saxlamasına isə ekstremal vəziyyətlər istisna olmaqla icazə verilmir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər