“Ayıbdır, kameranı yığışdır, söhbət edək” – Reyd zamanı GƏRGİNLİK – VİDEO
29
avq
2018
12:46
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda əsasən gecə saatlarında qaydaları pozan sürücülərə qarşı reyd keçirilib.ARB TV xəbər verir ki, maşınını sərxoş halda sürən və əsasən polisin “saxla” əmrinə tabe olmayanlarlara qarşı təşkil olunan reyddə mübahisəli anlar yaşanıb.Binəqədi rayon ərazisində yol hərəkəti qaydalarını pozduğuna görə “Mercedes” markalı avtomobilin sürücüsünə “saxla” işarəsi verildi. Amma sürücü polisin əmrinə tabe olmayaraq hərəkətini davam etdirdi. Daha sonra yol polisləri tərəfindən Rəsulzadə qəsəbəsi ərazisində saxlanılan sürücü sənədlərini təqdim etməkdən boyun qaçırdı.Reyd zamanı sənədlərini təqdim etməkdən boyun qaçıranlardan savayı əmrə tabe olmayanlar və başqa qanun pozucuları qeydə alındı və həmin sürücülərə qarşı qanunun tələblərinə uyğun tədbirlər görüldü.BAKU.WS
Oxşar xəbərlər
DYP-nin reydində gərgin anlar: "Gözlə ödəyim bu zəhəri sonra yazda" (VİDEO)
Yevlax rayonunda yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı reyd keçirilib.“Report”un yerli bürosunun məlumatına görə, Dövlət Yol Polisi İdarəsinin (DYP) ə...